Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“TEKNOFEST Azərbaycan”la bağlı informasiyalar Türkiyə KİV-lərinin baş xəbərinə çevrilib

Mayın 26-da Azərbaycanın paytaxtı Bakıda start götürən “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı informasiyalar Türkiyə KİV-lərinin baş xəbərinə çevrilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına hazırlıq mərhələsi də qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən son dərəcə diqqətlə yanaşılan mövzular sırasında olub.

Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, “Haber Global”, “TRT AVAZ” telekanalları, “Sabah”, “Milliyet”, “Hurriyet” qəzetləri və digər media qurumları festivalın yüksək peşəkarlıqla təşkilinə, əhalinin festival çərçivəsində keçirilən tədbirlərə böyük sevinc və qürur hissi ilə iştirakına dair rəngarəng materiallar yayıblar.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

27 May 2022 15:14 -

Köhnə versiyamızdan xəbərləri izlə