Ən son xəbərlər
Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları təhkim olunublar.
TƏBİB-in rəsmi feysbuk səhifəsində qeyd edilib ki, Bakı Kristal Zalı və Dənizkənarı Milli Park ərazisində keçirilən “TEKNOFEST Azərbaycan”da 2 həkim məntəqəsi-hərəsində 4 həkim olmaqla – pediatr, terapevt, travmatoloq, nevropatoloq və 2 tibb bacısı fəaliyyət göstərir.
Eyni zamanda, ərazidə 2 Təcili və Təxirəsalınmaz Tibbi Yardım postu - hər postda 3 ambulans avtomobili, hər ambulansda 2 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla öz işinə başlayıb. Festival müddətində briqadalar fəaliyyətlərinə davam edəcək.
Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.
“TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Köhnə versiyamızdan xəbərləri izlə