Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 3-də, saat 09:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-378-03-30) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

27 May 2022 11:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT
6 İyul 2022 | 23:41
Neftdən nə xəbər?!
5 İyul 2022 | 10:47
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə