Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesinin irəli getməsi üçün bu ölkələrin Ankaranın təhlükəsizlik sahəsində narahatlıqlarını aradan qaldırmaq istiqamətində konkret addımlar atması lazımdır. Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalının Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin danışıqları ilə bağlı bəyanatında bildirilir.

“Anadolu”nun verdiyi məlumata görə, Kalın deyib: “Türkiyə bu barədə açıq danışdı, müəyyən müddət çərçivəsində konkret ad­dımlar atmaq lazımdır. Danışıqlarda Ankara­ya müdafiə məhsulları göndərilməsinə tətbiq edilmiş embarqonun qaldırılması ilə bağlı pozitiv münasibət hiss olundu. NATO üzrə müttəfiqlərin bir-birinə sanksiya tətbiq etməsi yolverilməzdir”.

O xatırladıb ki, Türkiyənin təhlükəsizlik sahəsində narahatlıqları ilk növbədə PKK, PYD-YPG, DHKP-C və FETÖ kimi terror təşkilatları ilə bağlıdır. Onlar Fin­landiya və İsveç də daxil olmaqla Avropa ölkələrində Türkiyə əleyhinə terror fəaliyyəti ilə məşğuldurlar. PYD-YPG-nin Suriyanın şimalında törətdiyi hərbi cinayətlər haqda “Beynəlxalq amnistiya” və İnsan Haqları üzrə Beynəlxalq Federasiya təşkilatlarının hesa­batlarında da məlumat verilir.

Kalın deyib ki, Ankara son 10 ildə terrorizmdə iştirak edənlərin ekstradisiya­sı ilə bağlı Finlandiya və İsveçə dəfələrlə müraciət edib: “Türkiyə NATO-ya üzv olduğu 70 ildə baza prinsipləri çərçivəsində alyansın fəaliyyətinə mühüm töhfələr verib. NATO təhlükəsizlik alyansıdır, ona üzv ölkələr digər üzvlərin təhlükəsizlik problemlərinin həllinə kömək etməlidir”.

Qeyd edək ki, mayın 25-də An­karada Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin üçtərəfli görüşü keçirilib. Tərəflər İsveç və Finlandiyanın NATO-ya üzv­lüyü məsələsini müzakirə ediblər. Türkiyəni İbrahim Kalın və XİN başçısının müavini Sedat Onal, İsveçi baş nazir dəftərxanasının dövlət katibi Oskar Stenstrem, Finlandiya­nı ədliyyə nazirinin müavini Yukk Salovaar təmsil ediblər. Danışıqlar qapalı rejimdə 5 saat davam edib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

27 May 2022 07:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə