Ən son xəbərlər
“Euronews” agentliyinin yaydığı məlumata görə, NATO-nun Baş katibi Yens Stoltenberq alyansa üzv ölkələri Ukraynanı uzun müddət ərzində dəstəkləməyə hazır olmağa çağırıb.
O, bu barədə İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində deyib: “NATO Ukraynanı uzun müddət ərzində dəstəkləməyə hazır olmalıdır. NATO-nun birinci vəzifəsi Ukraynaya yardım etməkdir. Müharibələrin nəticələri gözlənilməzdir, onun necə və nə vaxt bitəcəyi heç kimə məlum deyil. Lakin biz uzunmüddətli perspektivdə dəstəyimizi davam etdirməyə hazır olmalıyıq”.
Onun sözlərinə görə, NATO-nun digər rolu eskalasiyanın qarşısını almaqdır. “Münaqişə NATO ilə Rusiya arasında müharibəyə çevrilərsə, Avropaya daha çox dağıntı və zərər gətirəcək”, - deyə Yens Stoltenberq xəbərdarlıq edib.
O, həmçinin Ukraynada müharibə başlayandan bəri dəniz və hava qüvvələrinin dəstəyi ilə alyansın şərqindəki qoşunların sayının 40 min nəfərə çatdırıldığını vurğulayıb.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə