Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karateçilərimiz Avropa çempionatında mübarizəni davam etdirirlər

Türkiyənin Qaziantep şəhərində böyüklər arasında karate üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, bu gün daha dörd idmançımız - İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), həmçinin Əminağa Quliyev (60 kq) və Tural Ağalarzadə (67 kq) fərdi yarışlara qatılıblar.

Komandamızın digər üzvləri - İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev kata üzrə, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət, o cümlədən Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadiqova və İrina Zaretska isə kumitenin komanda yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Ölkəmiz yarışda 17 karateçi və 5 parakarateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan yeddi karateçi yarışı medalsız başa vurub.

Yarışda karate üzrə 45 ölkədən 454 karateçi, parakarate üzrə isə 15 ölkədən 48 idmançı mübarizə aparır.

26 May 2022 16:38 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə