Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

Nazirlikdən verilən məlumata görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, may ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 13-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

26 May 2022 16:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə