Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səlcuq Bayraktar: Bakıda qardaşlarımızla bir yerdə olmaqdan qürurluyuq

Bakıda qardaşlarımızla bir yerdə olmaqdan qürur duyuruq.

 Bu sözləri Bakıda ilk dəfə keçirilən “TEXNOFEST Azərbaycan” festivalının açılış mərasimində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraktar deyib.

“Bizim qardaşlığımız dəfələrlə sınaqlardan keçib. İki dövlət olaraq könül bağlarımız daha da güclənib. Azərbaycanda gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq”,- deyə Səlcuq Bayraktar bildirib.

“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı gənclərə nəsihət verərək qeyd edib ki, bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdır. Gənclər bu istiqamətdə özlərini inkar etdirməli, bilik və bacarıqlarını daim artırmalıdır.

26 May 2022 15:07 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə