Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ali Məhkəmə ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Mayın 26-da Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun imzalanma mərasimi Ali Məhkəmədə keçirilib.

Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev Dövlət İdarəçilik Akademiyasının ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb, DİA-nın məzunlarının Ali Məhkəmə də daxil olmaqla müxtəlif dövlət və özəl qurumlarda aparıcı vəzifələr tutduqlarını bildirib. Sədr Ali Məhkəmə ilə DİA arasında imzalanan Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli sənəd olduğunu qeyd edib.

DİA-nın rektoru akademik Urxan Ələkbərov memorandumun imzalanması ilə bağlı göstərdiyi hərtərəfli dəstəyə görə Ali Məhkəmənin sədrinə təşəkkür edib. Mərasimdə təqdimatla çıxış edən rektor Azərbaycanda gedən uğurlu, sürətli, innovativ və inklüziv inkişaf proseslərinə dair əsas göstəricilər barədə iştirakçılara məlumat verib.

Azərbaycanda hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına yeni töhfə verəcək Anlaşma Memorandumunu Ali Məhkəmənin sədri Ramiz Rzayev və Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov imzalayıblar.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb.

26 May 2022 14:54 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə