Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTİ ilə Latviyanın Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu arasında yeni əməkdaşlıq istiqamətləri müəyyən olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Latviya Respublikasının Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu (BIOR) arasında anlaşma memorandumu imzalanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, memorandumda tərəflər arasında əməkdaşlığın bir çox istiqamətləri öz əksini tapıb. Buraya ət, süd və balıq müəssisələrində istehsalın bütün mərhələlərində laboratoriya müayinələrinin aparılması üçün mütəxəssis hazırlığı, heyvanların təhlükəli xəstəliklərinin və qida infeksiyalarının elmi-risk qiymətləndirilməsi, yoluxucu xəstəliklərin sürətli diaqnostikası kimi məsələlər daxildir.

Sənəd, həmçinin rezistent mikroorqanizmlərin serotipləndirilməsi və sekvenasiyası, metodlar və müayinələr üzrə təcrübə mübadiləsi, eləcə də mikroorqanizmlərin genetik xüsusiyyətlərinin öyrənilməsi kimi əməkdaşlıq istiqamətlərini də əhatə edir.

Bundan əlavə, tərəflər mikrob kolleksiyasında mikroorqanizmlərin uzunmüddətli saxlanma şəraitinin öyrənilməsi, metodların validasiyası və verifikasiyası üzrə bilik mübadiləsi, qida və heyvan xəstəlikləri risk qiymətləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə də əməkdaşlıq edəcəklər.

26 May 2022 14:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə