Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları müəyyən edilib

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi davam etdirirlər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik və Sabunçu Rayon Polis idarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkarlanıb.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər fasiləsiz həyata keçirilir.

26 May 2022 14:14 -

Köhnə versiyamızdan xəbərləri izlə