Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin müdafiə naziri “Pəncə-Kilit” əməliyyatı zonasına gedib

Türkiyənin xüsusi təyinatlı qüvvələri İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilit” antiterror əməliyyatı zonasındakı mağaraların birində bir qrup terrorçunu mühasirəyə alıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Xəbəri “Anadolu” verib.

Məlumata görə, Türkiyə Ordusu son günlərdə antiterror əməliyyatı çərçivəsində İraqın şimalında üç hərbçisinin öldürülməsi ilə əlaqədar ter­rorçulara qarşı mübarizəni gücləndirib. İraqın təhlükəsizlik strukturlarındakı mənbələr də təsdiq edib ki, türk ordusu­nun əməliyyatı yağışlı havaya və güclü dumana baxmayaraq davam etdirilir.

Türkiyə hərbi idarəsinin məlumatına görə, mağaralarda mühasirəyə alınmış terrorçulara qarşı dünən də şiddətli döyüşlər aparılıb.

Müdafiə naziri Hulusi Akar da İraqla sərhədə gedib. Onu səfərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, quru qüvvələrinin koman­danı Musa Avcevər və Hərbi Hava Qüvvələrinin komandanı Həsən Küçüka­küz müşaiyət ediblər. Nazirliyin bununla bağlı məlumatında deyilir: “Mayın 24-də Milli Müdafiə naziri Hulusi Akar qoşun növləri komandanlarının müşayiəti ilə İraq sərhədinə, terrorçularla döyüşdə üç hərbçinin həlak olduğu, dördünün isə yaralandığı əraziyə gedib”.

Qeyd edək ki, “Pəncə-Kilit” antiterror əməliyyatı İraqın şimalındakı üç rayonda aprelin 18-dən aparılır. Türkiyə hərbi idarəsinin verdiyi məlumatda qeyd edilir ki, terrorçulara qarşı regionda hava şəraitinin pisləşməsinə baxmayaraq, avi­asiyanın dəstəyi ilə ağır zərbələr endirilir.

Xatırladaq ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkənin cənub sərhədlərində 30 kilo­metrlik təhlükəsizlik zonası yaradıl­masına başlanıldığı barədə bəyanat verib. Onun sözlərinə görə, Suriya ərazisində fəaliyyət göstərən PKK-YPG-PYD terrorçuları hələ də Türkiyənin təhlükəsizliyi üçün təhdid törədir. Ona görə də Türkiyənin Silahlı Qüvvələri hazırlıqları bitirən kimi əməliyyata baş­lanacaq.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

26 May 2022 09:16 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 İyul 2022 | 00:28
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə