Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı biznesmenlərin 10 milyard avroluq aktivləri donduruldu

“The Sun” nəşri yazır ki, Avropa İttifaqı (Aİ) Ukraynadakı cari hadisələrlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində rusiyalı iş adamlarının təxminən 10 milyard avro məbləğində aktivlərini dondurub.

Bu barədə Avropa Ko­missiyasının məlumatında deyilir ki, Rusiyanın Ukrayna­dakı xüsusi hərbi əməliyyatı fonunda rusiyalı sahibkarlar dəyəri 10 milyard avrodan bir qədər az olan dəbdəbəli yax­talara, daşınmaz əmlaka və digər aktivlərə çıxışı itiriblər. Eyni zamanda, aprelin 8-nə bu rəqəmin cəmi 6,7 milyard avro idi.

Avropa Komissiyası çərşənbə günü (25 may – Red) Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə icazə verən qanun layihəsini təqdim etməyi planlaşdırır. Sonradan, bu vəsait Ukray­nanın bərpası üçün istifadə edilə bilər.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

26 May 2022 08:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 İyul 2022 | 00:28
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə