Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsi ilə Re­gional Mərkəz arasında fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində razılaşdırılmış qarşılıqlı fəaliyyət planına uyğun olaraq fövqəladə hallar zamanı, o cümlədən yan­ğın təhlükəsizliyi ilə bağlı davranış qaydalarına dair nəzəri-praktiki tədbir keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.

Daha sonra hərbi hissənin həyətində davam etdirilən praktiki məşğələ zamanı ştatdankənar yanğınsöndürmə komandası tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə odsöndürücü balonlar və digər əlaltı vasitələrlə yanğın ocağının praktiki olaraq söndürülməsi, eyni zaman­da şərti olaraq baş vermiş yanğın zamanı xəsarət alanların təhlükəsiz əraziyə təxliyə edilərək, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi hərəkətləri yerinə yetirilib.

“Xalq qəzeti”

26 May 2022 08:14 -

Köhnə versiyamızdan xəbərləri izlə