Ən son xəbərlər
“Meymun çiçəyi” riskinə görə Rusiyada sanitar-karantin rejimi gücləndirilib.
“İnterfaks”ın məlumatına görə, Rusiyanın baş sanitar həkimi Anna Popova bildirib ki, Rusiyada “meymun çiçəyi”nə görə əhali peyvənd olunmayacaq. Çünki adamlarda immun sistemini bu qədər yükləmək olmaz. Hələlik ölkədə “meymun çiçəyi” aşkar edilməyib. Bu, o qədər də qorxulu xəstəlik deyil.
Qeyd edək ki, dünyanın 20 ölkəsində “meymun çiçəyi” yayılıb. Ən çox yoluxma isə Portuqaliya, İspaniya və Britaniyada qeydə alınıb.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə