Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Kosmosa yol açılır

Türkiyə kosmik fəzaya kosmonavt göndərmək üçün hazırlıqlara başlayır. Bunu ölkə Prezi­denti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabi­netinin iclasın­dan sonrakı çıxışında söyləyib. Türkiyə lideri deyib ki, 45 yaşdan kiçik ölkə vətəndaşları xüsusi yaradılan internet saytı vasitəsilə kosmik uçuşda iştirak etmək üçün müraciət edə bilərlər. O deyib: “Biz Armstronqu hələ də xatırlayırıq. Ümid edirəm ki, hamıya örnək olacaq vətəndaşımızı hər zaman xatırla­yacağıq”.

Xəbəri “Anadolu” verib.

ABŞ

BVF-nin açıqlaması

Cari ildə Yaxın Şərq və Şimali Afrika ölkələrində ərzaq məhsullarının qiymətləri 14 faiz artıb. Bunu Beynəlxalq Valyuta Fondu (BVF) açıqla­yıb. BVF-nin məlumatına görə, ərzaq məhsullarının qiymətlərinin sürətlə artmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir.

Məlumatı “Bloomberg” yayıb.

Çexiya

“Mi-24”-lər Ukraynaya verilib

Çexiya hökuməti Sovet istehsalı olan “Mi-24” tipli bir sıra hücum helikopterlərini Ukraynaya verib. Bildirilir bu, bir neçə gün öncə baş verib. Helikopterlərin sayı barədə məlumat açıqlanmayıb. Qeyd edilir ki, Çexiyada cəmi 7 “Mi-24” helikopteri var.

Xəbəri “Wall Street Journal” verib.

Rusiya

62 milyon barel neft dənizdə qalıb

Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskvaya tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatına bütün sahələrdə öz mənfi təsirini göstərir. Bu dəfə isə sanksiyalar səbəbindən ölkənin 62 milyon barel “Urals” markalı nefti dənizdə gəmilərdə qalıb. “Vortexa Ltd” analitika şirkətinin məlumatına görə, buna “qara qızıl” satışı ilə məşğul olan kompaniyaların Rusiya nefti üçün alıcı tapa bilməməsi səbəb olub.

Məlumatı “Reuters” yayıb.

İsveçrə

Final topu təqdim olunub

UEFA Çempionlar Liqasının finalında istifadə olunacaq top ictimaiyyətə təqdim edilib. Təqdimat mərasimi final görü­şünün keçiriləcəyi Parisdə baş tutub. “Adidas” firması tərəfindən hazırlanan topun üzərində rus və ingilis dillərində “sülh” sözü yazılıb. Qeyd edək ki, mayın 28-də keçiriləcək finalda “Real” və “Liverpul” futbol klubları qarşılaşacaqlar.

Xəbəri “Futbolhd.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

26 May 2022 08:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə