Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesini fəal şəkildə dəstəkləməlidir

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib ki, Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh prosesinin qurulmasını fəal şəkildə dəstəkləməlidir.

Səfir deyib: “Azərbaycanla Ermənistan arasında sülhün qurulmasının vacibliyini qiymətləndirməmək olmaz. Biz şadıq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşlər keçirir. Biz hər iki tərəfi vacib danışıqlar prosesini davam etdirməyə çağırı­rıq. Dünən mən Şuşaya getmişdim, bundan əvvəl isə Ağdamda olmuşdum. Bərpa işləri gedir, amma başa düşmək lazımdır ki, bu, çox uzun prosesdir. Gündəmdəki başlıca məsələ məcburi köçkünlərin doğma yurdları­na qayıtmasıdır”.

Volfqanq Maniq qeyd edib ki, Almaniya regionun iqtisadiyyatına töhfə verməkdə ma­raqlıdır: “Qarabağ muzey olmamalıdır. Bura insanların yaxşı həyat tapa biləcəkləri iqtisadi və mədəni fəaliyyət regionudur”.

“Xalq qəzeti”

26 May 2022 08:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə