Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmalarından əvvəl yazılı zəmanət istəyir”

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı üçtərəfli məsləhətləşmələrə hazırlaşır və əldə olunmuş razılaşmaların yazılı şəkildə təsbit olunmasının tərəfdarıdır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstinə səfəri zamanı qeyd edib ki, İsveç və Finlandiya ilə razılaş­malarda əsas tələb terror təşkilatlarına dəstək verilməməsi və müdafiə təchiza-tına qoyulan embar­qonun ləğvi ilə bağlıdır: “Finlandiya və İsveç konkret addım­lar ata biləcəklərini bildiriblər. Biz yazılı razılaşma istəyirik”.

M.Çavuşoğlu əlavə edib ki, Ankarada keçirilən üçtərəfli görüşdə Türkiyənin tələbləri müzakirə olunub: “Üçtərəfli görüşdən sonra bu formatda görüşməyi təklif edən NATO-nun baş katibinin iştirakı ilə dördtərəfli görüş də keçirilə bilər”.

“Xalq qəzeti”

26 May 2022 08:09 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə