Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 2974 doza vaksin vurulub

Mayın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 974 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 345, ikinci doza vaksinlərin sayı 275, üç və daha çox doza vaksinlərin sayı 2 min 131, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 712 min 980, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 346 min 518, ikinci mərhələ üzrə 4 milyon 847 min 988, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 273 min 494, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 244 min 980-dir.

25 May 2022 19:40 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə