Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC yanında İctimai Şuranın növbəti iclası keçirilib

“Azərsu” ASC yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda cari və təşkilati məsələlərə baxılıb, qarşıda duran vəzifələr müzakirə olunub.

ASC-dən bildirilib ki, İctimai Şuranın sədri, Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə ötən il yaradılmış İctimai Şurada təşkilatlanma işlərinin aparıldığını deyib.

İçməli su təchizatı və tullantı su sektorunda müxtəlif məsələlərlə bağlı aparılan maarifləndirmə işlərində Şura üzvləri yaxından iştirak ediblər. Şura üzvlərinin Mərkəzi Laboratoriyaya, Kür Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunub, 22 Mart - Dünya Su Günü ilə əlaqədar videokonfrans formatında müzakirələr aparılıb.

Ötən müddətdə vətəndaşlar tərəfindən İctimai Şuraya 47 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti həllini tapıb, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb, bir sıra məsələlərlə bağlı vətəndaşlara izahat verib.

İclasda çıxış edən Şura üzvləri Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər. İclasda İctimai Şuranın 2022-ci il üzrə fəaliyyət planından irəli gələn məsələlər müzakirə olunub.

Tədbirdə təşkilati məsələlərə də baxılıb, İctimai Şuranın Maarifləndirmə və Monitorinq üzrə İşçi Qrupları yaradılıb. “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Rövşən Abbasov Maarifləndirmə, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə Monitorinq İşçi Qruplarının rəhbərləri seçiliblər.

25 May 2022 20:10 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 İyul 2022 | 10:39
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə