Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN Sabirabadda qatar vuran şəxslə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda qatarın vurduğu şəxslə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, 25.05.2022-ci il tarixdə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub.

Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu tanıyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.

25 May 2022 16:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə