Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyinin saytında “Sənədlər” bölməsi yenilənib

Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində “Sənədlər” bölməsi yenilənib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni bölmədə Təhsil Nazirliyinin fəaliyyət istiqamətlərinə aid hüquqi sənədlərin müxtəlif təhsil pillələri və normativ hüquqi aktların növlərinə görə bölgüsü aparılıb. Bu funksiya saytın istifadəçilərinə lazımi sənədin tapılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Həmçinin bəzi sənədlərə tez-tez əlavə və dəyişikliklər edildiyi üçün onların son versiyalarının daha operativ əldə edilməsi üçün normativ-hüquqi aktların vahid elektron bazası olan e-qanun.az saytına birbaşa keçid verilib.

25 May 2022 15:15 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə