Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazi və veteranların iştirakı ilə “ZƏFƏR TARİXİ” xeyriyyə konserti təşkil ediləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə mayın 27-də saat 19:00-da Heydər Əliyev Sarayında İkinci Qarabağ Müharibəsinin qazi və veteranlarının ifasında musiqili-bədii gecə keçiriləcək.

Tədbir xeyriyyə məqsədi daşıyır, biletlərin satışından əldə olunan vəsait “Yaşat” Fonduna ianə olunacaq.
Konsertdə səhnədə çıxış edəcək qazi və veteranlar ixtisasca musiqiçi, aktyor, rejissor, teatrşünas, rəssam olan gənclərdir. Gecədə həmçinin Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri, tanınmış incəsənət xadimləri, eləcə də  ADMİU-nun tələbə heyəti çıxış edəcək. 
Konsertə biletləri www.iticket.az saytından elektron qaydada əldə etmək mümkündür.

25 May 2022 16:04 -

Köhnə versiyamızdan xəbərləri izlə