Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Emin Həsənli: “Türkiyə Prezidenti bildirdi ki, Azərbaycanın qələbəsi bütün Türk dünyasının qələbəsidir”

Türkiyənin Müharib Qazilər Dərnəyinin  dəvəti, Azərbaycan Respublikası Qeyri Hökümət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup II Qarabağ müharibəsi qazisi Türkiyədə səfərdə olub.

Səfərin təşkilatçısı “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli səfərlə bağlı suallarımızı cavablandırıb.

Bu Sizin təşkilatçılıq etdiyiniz ilk səfər deyildi...

Bəli. Bu proses hər il ənənə şəkilində davam edir. Təkcə, Qarabağ müharibəsi qaziləri deyil, şəhid ailələri də bu səfərdə iştirak edir. Proses qarşılıqlı şəkildə baş verir. Səfər iştirakçıları İstanbul, Ankara, Mersin, Samsun, Konya, İzmir və başqa şəhərlərdə görüşlərdə iştirak edirlər.

Bu səfərinzdə də zəngin görüşləriniz olub. Ən yadda qalan görüşünüz hansı oldu?

Sözsüz ki, bütün görüşlər yaddaqalandır. Amma bu səfərimizdə təbii ki, Türkiyə Prezidenti cənab Ərdoğanla olan görüş xüsusi əhəmiyyətə malik idi. Biz Böyük Millət Məclisində olan zaman Türkiyə Prezidenti də oraya gəldi. Prezident Azərbaycan qaziləri ilə görüşdü. Deyə bilərəm ki, görüş çox yüksək səviyyədə keçirildi.  Rəcəb Tayyib Ərdoğan məclisə daxil olarkən qazilərimizi salamladı. Bütün türk dünyasının onlarla qürur duyduğunu vurğuladı. Prezident bildirdi ki, Azərbaycanın qələbəsi bütün Türk dünyasının qələbəsidir. Görüş zamanı Türkiyə Prezidentinə Xarı bülbül əks olunan nişan, bizim birliyin hazırladığı “Əbədi qardaşlıq yolu” kitabını  hədiyyə etdik.  Sonda nümayəndə heyətimizdə olan Vətən Müharibəsi qazisi, xüsusi təyinatlı Şəmsəddin Qurbanov Şuşaya qədər özü ilə apardığı Türkiyə bayrağını  Rəcəb Tayyib Ərdoğana təqdim etdi. Bu cənab Prezidenti çox duyğulandırdı. O bildirdi ki, belə səfərləri tez-tez etmək lazımdır.

Bundan sonar Böyük Millət Məclisində bir neçə başqa görüşlərimiz də oldu. Böyük Millət Məclisinin Aparat rəhbərilə görüş baş tutdu.  Ədalət və İnkişaf Partiyası mənsubları Əhməd Qılınc, Hacı Bayram Türkoğlu ilə təmaslarımız oldu.

Görüşdüyünüz rəsmilər arasında Türkiyənin Milli müdafiə naziri də var idi.

Bu da çox əhəmiyyətli görüş oldu. Türkiyə Milli müdafiə naziri Hulusi Akar qazilərimizi böyük sevinc və fəxarət hissilə qəbul etdi. Türkiyə  və Azərbaycan Silahlı Qüvvələri arasındakı əməkdaşlığı yüksək qiymətləndirdi. Mən vaxt tapıb bizimlə görüşdüyü üçün təşəkkür etdim. Azərbaycan Ordusunun formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin rolu olduğunu bir daha vurğuladım. Hülusi Akar qazilərimizə qiymətli hədiyyələr təqdim etdi və bu əməkdaşlığın davamlı olacağını bildirdi. Görüşün sonunda nümayəndə heyətinə daxil olan qazilərimizdən biri Vətən Müharibəsi zamanı üzərinə gəzdirdiyi, üzərində güllə və qan izi olan üçrəngli bayrağı Hulusi Akara hədiyyə etdi. Bu hədiyyə naziri çox duyğulandırdı.

Qeyd edim ki, Türkiyə Silahlı Qüvvələrində başqa görüşlərimiz də oldu. I Ordu komandanı  General-polkovnik Kamal Yeni, Hərbi Dəniz Qüvvələrinin Komandanı Oramiral Ercüment Tatlıoğlu nümayəndə heyətini qəbul etdi. Qazilərimiz üçün dəniz gəzintisi, sualtı qayığa ekskursiya təşkil olundu.

Görüşləriniz ancaq rəsmi xarakterli idi?

Həm Ankarada, həm İstanbulda, həm də Kocaelinde qazilərimiz üçün xüsusi görüşlər təşkil olundu. Rəsmi görüşlərlə yanaşı digər görüşlərimiz və gəzintilərimiz də nəzərdə tutulmuşdu. Qazilərmizlə birlikdə böyük türk filosofu Mövlanənin məzarı ziyarət olundu. Ankara Heydər Əliyevin və Atatürkün abidəsi ziyarət olundu. Qazilərimiz “Qurtuluş Ərrtoğrul” filminin çəkiliş meydançasında da oldular. Çəkiliş prosesi və aktyorlarla tanış oldular. Rejissorlar  filmdə bəzi fraqmentlərdə Şuşanın, Qarabağın Azərbaycana aid oluğu mesajını ötürdüklərini bildirdilər.

Qailərimiz bu səfərdən hansı təəssüratla qayıtdılar?

Sözsüz ki, təəssüratlar çox yüksəkdir. Bir məsələni də qeyd edim ki, həm rəsmi, həm də qeyri-rəsmi görüşlərimizlə yanaşı ən yadda qalan görüşlər Türkiyənin hərbi yönümlü təşkilatlarında olan görüşlərimiz oldu. Orada 4 hərbyönümlü QHT sədrləri və üzvlərilə görüş keçirildi. Bu həm də Türkiyə qazilərinin təçkilatlarının fəaliyyətindən, onların təcrübəsindən bəhrələnmək imkanı deməkdir. İnanıram ki, səfərimiz bu baxımdan da faydalı oldu.

25 May 2022 14:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə