Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Selçuk Bayraktar Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşüb

“Baykar” şirkətinin texniki direktoru, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri, “Qarabağ” ordenli Selçuk Bayraktar Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, müxtəlif nazirliklərin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, hər hansı şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU rejionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə yüksək səviyyədə əməkdaşlıq əlaqələrini inkişaf etdirir. O deyib ki, ikili diplom proqramları, texnoparkların, laboratoriyaların, inkubasiya mərkəzlərinin yaradılması, müdafiə sənayesi üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi və digər istiqamətlərdə əməkdaşglığın genişləndirilməsi qardaş ölkələrimizin təhsilinin inkişafında əhəmiyyətli rol oynayır.

Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar geniş təqdimatla çıxış edib. O müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda, hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ” və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrlə məlumat verib.

25 May 2022 12:32 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə