Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Osloda konsert olub

Azərbaycan ilə Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Oslonun “Ədəbiyyat evi” mərkəzində caz konserti olub.

Tədbir Azərbaycanın və Norveçın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edib. O, iki ölkə arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əməkdaşlıqdan, neft və qaz sahəsində birgə layihələrdən, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan söz açıb. Qeyd olunub ki, digər sahələr ilə yanaşı, mədəniyyət və alternativ enerji istehsalı sahəsində əlaqələr Norveç-Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin rolunu oynaya bilər.

Tədbirin bədii hissəsində tanınmış cazmen, Azərbaycanın Əməkdar artisti İsfar Sarabskinin triosu çıxış edib.

Skandinaviya Azərbaycanlıları Norveç üzrə Koordinasiya Şurası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın İsveç və eyni zamanda Norveç Krallığındakı səfiri Zaur Əhmədov, Norveçin bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Oslo

25 May 2022 11:18 -

Köhnə versiyamızdan xəbərləri izlə