Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub

Azərbaycan Taekvondo Federasiyasında (ATF) məşqçi-müəllimlər üçün seminar təşkil olunub.

ATF-nin mətbuat xidmətindən verilən məlumata görə, seminara Bakı şəhəri və bölgələrimizdə fəaliyyət göstərən taekvondo bölmə və klubların məşqçiləri qatılıblar. Seminar Dünya Taekvondo Federasiyası tərəfindən qəbul edilən yeni qaydalarla bağlı təşkil edilib.

ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, texniki direktor Oh Kvang Çeol seminar iştirakçılarına taekvondo üzrə artıq yarışların başladığını və yeni qaydaların gələcək yarışlarda tətbiq ediləcəyini bildiriblər. Vurğulanıb ki, seminarların ardıcıl olaraq keçirilməsi vacibdir.

Daha sonra ATF-in baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev qaydalar haqqında məşqçi-müəllimlərə geniş məlumat verib.

25 May 2022 09:16 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə