Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsmanlar Şuşada səfərdə olublar

 “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda konfransın iştirakçılarının bir qrupu Füzuli hava limanına, sonra isə Şuşaya gediblər.

Səfərdə Azərbaycanın İnsan Hüquq­ları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Ombudsmanı Şeref Mal­koç, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qaza­xıstan Ombudsmanı Elvira Azimova, Qırğı­zıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər iştirak edirlər.

Qonaqlar Şuşa şəhərinin erməni işğalı dövründə dağıntılara məruz qalmış tarixi abidələrinin qalıqlarına baxıblar. Onlar Şuşanın qala divarlarını, Cıdır düzünü, Va­qifin məqbərəsini və digər tarixi məkanları ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycan Respub­likasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının 20 illiyinə həsr olunan konfrans bu gün Bakıda keçiriləcək.

25 May 2022 00:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə