Ən son xəbərlər
Türkiyə cənub sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik zonasının yaradılması üzrə işləri tamamlamaq üçün addımlar atacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra telemüraciətində ölkənin cənub sərhədində təhlükəsizlik zonasının yaradılması ilə bağlı fikirlərini açıqlayıb.
Türkiyə Prezidenti deyib: “Türkiyə üçün təhlükə yaradan terror təşkilatlarına hər cür dəstək verməklə onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəkməlidirlər. Cənub sərhədlərimiz boyunca 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün işimizin çatışmayan hissələri üzərində işləyirik. Ölkəmiz əleyhinə hücümların mərkəzi olan rayonlar bizim üçün prioritet təşkil edir. Türkiyənin silahlı qüvvələri və kəşfiyyat xidməti hazırlığı başa çatdıran kimi əməliyyatlar başlayacaq. Milli Təhlükəsizlik Şurasının cümə axşamı keçiriləcək iclasında biz bu məsələ ilə bağlı qərar qəbul edəcəyik”.
Qeyd edək ki, 2017-ci ildən bəri Türkiyə Suriyanın şimalında “Fərat qalxanı”, “Zeytun budağı”, “Barış pınarı” adı altında üç hərbi əməliyyat keçirmiş və təhlükəsizlik zonası yaratmışdır.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə