Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici ölkələrin dövlət və hökumət başçıları, görkəmli siyasətçilər 28 May – Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edirlər

 

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi çatdırır, rifah və cansağlığı arzulayıram.

Hörmətlə,

FILIP,

Belçikalıların Kralı

* * *

Hörmətli İlham Heydər oğlu!

Milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Çətin sınaqlardan keçmiş qardaş Azərbaycan xalqı bu gün haqlı olaraq dövlət quruculuğundakı, iqtisadi və sosial sahələrin inkişafındakı nailiyyətləri, beynəlxalq aləmdə nüfuzu ilə fəxr edə bilər.

Minsk Bakı ilə əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaş­manın indiki səviyyəsini yüksək qiymətləndirir.

Əminəm ki, çoxşaxəli Belarus-Azərbaycan tərəfdaşlığı yeni perspektiv layihələrlə zənginləşəcək və bundan sonra daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və bütün planlarınızın həyata keçməsini, Azərbaycan xalqına isə sülh və yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Aleksandr LUKAŞENKO,Belarus Respublikasının Prezidenti

* * *

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün mühüm amildir.

Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına sülh və firavan gələcək arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

İqnazio KASSIS,İsveçrə Konfederasiyasının Prezidenti

* * *

Zati-aliləri!

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Miloş ZEMAN, Çex Respublikasının Prezidenti

* * *

Cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

Marselo Rebelo de SOUZA,Portuqaliya Respublikasının Prezidenti

* * *

Hörmətli cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, vətəndaşlarınıza isə tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, dost ölkələr kimi əlaqələrimizin bütün sahələrdə inkişaf etməsi üçün bundan sonra da çalışacaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. İqtisadi imkanlar ölkələrimiz arasında daha mühüm və sıx əməkdaşlıq üçün stimul verən amil ola bilər.

Ümidvaram ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi perspektivləri və getdikcə mürəkkəbləşən qlobal gündəlikdəki önəmli məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxın gələcəkdə fürsətimiz olacaqdır.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Zoran MILANOVIÇ,Xorvatiya Respublikasının Prezidenti

* * *

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Slovakiya xalqı adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Hazırda dünya bir çox problemlərlə - davam edən pan­demiyanın təsirləri, iqlim dəyişikliklərinin fəsadları, müxtəlif hibrid təhdidlər, eləcə də azadlıq, bərabərlik, demokratiya və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə təhlükə yaradan bir sıra münaqişələrlə üz-üzədir.

Başa çatmaqda olan pandemiya və iqlim dəyişikliklərinin artan təzahürü ilə yanaşı, dünya beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslı şəkildə dəyişdirilməsi nəticəsində çətin vəziyyətlə üzləşir. Rusiya ilə yaxın qonşumuz olan Ukrayna arasında hərbi münaqişə bütövlükdə, beynəlxalq ictimaiyyətə kəskin təsir göstərib. Münaqişə nəticəsində qaçqın düşən milyonlarla insan, çox sayda qurbanlar və böyük maddi itkilər hazırda Avropada təsəvvürə gətirə bilməyəcəyimiz mənzərələr yaradır. Bu çağırışların ca­vabı beynəlxalq həmrəyliklə yanaşı, həm də çoxtərəflilik dəyərlərinə qayıtmaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməkdir.

Hörmətli cənab Prezident, inanıram ki, əməkdaşlığımız ölkələrimizin xalqlarının mənafeləri naminə müxtəlif sahələrdə daha da inkişaf edəcəkdir.

Sizə və ölkənizin bütün vətəndaşlarına sülh, sabitlik, fira­vanlıq və demokratik inkişafın davam etməsini arzulayıram.

Dərin hörmətlə,

Zuzana ÇAPUTOVA, Slovakiya Respublikasının Prezidenti

Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dövlətinizin gücləndirilməsində, xalqınızın rifah halının yaxşılaşdırılmasında, ölkənizin beynəlxalq aləmdə təşviqində Sizin töhfələriniz olduqca böyükdür. Qardaş Azərbaycanın və onun xalqının Sizin rəhbərliyinizlə bundan sonra da inkişaf etməsini arzulayıram.

Ölkələrimiz arasında mehriban qonşuluğa və ümumi mənəvi ənənələrə söykənən münasibətlər Sizinlə birgə əməkdaşlığımız nəticəsində strateji səviyyəyə yüksəlib və hərtərəfli inkişaf etməkdədir.

Əminəm ki, ölkələrimiz arasında münasibətlər Sizin fəal səylərinizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Qarşılıqlı etimada və hörmətə söykənən şəxsi münasibətlərimizi yüksək dəyərləndirərək, həmin münasibətlərin bundan sonra da davam edəcəyinə əminəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsul vəzifənizdə uğurlar, nəcib təşəbbüslərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Ən xoş arzularla,

Nursultan NAZARBAYEV, Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası

* * *

Zati-aliləri, əziz qardaşım!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi, həmçinin möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycan xalqına isə daha böyük tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq əlaqələrini yüksək dəyərləndirirəm. Əminəm ki, bu münasibətlərin iki qardaş xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə Siz də mənim qədər önəm verirsiniz.

Hörmətlə,

VI MƏHƏMMƏDMərakeşin Kralı

* * *

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, xalqınızın rifahı naminə ən xoş arzuları­mı yetirirəm.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

General Umaru Sisoku EMBALO,Qvineya-Bisau Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

* * *

Möhtərəm cənab Prezident!

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yana­şı, digər xalqlara da bir örnək olmuşdur.

Müstəqilliyinin bərpasından ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin qətiyyətli liderli­yi və müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmiş və regio­nun lider ölkəsinə çevrilmişdir.

Ölkənizin, regionun və bütün Türk dünyasının tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, birliyi və bərabərliyi ilə par­laq Zəfərin qazanılması bir daha göstərdi ki, məqsədyönlü və ardıcıl siyasətiniz sayəsində Azərbaycan durmadan güclənir və inkişaf edir, beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Türk dövlətləri arasındakı əməkdaşlıq daha da dərinləşəcək və təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.

Bu əlamətdar gün münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, tərəqqi və xoşbəxtlik diləyirəm.

Dərin hörmətlə,

Bağdad AMREYEV,Türk Dövlətləri Təşkilatının Baş katibi

* * *

Möhtərəm cənab Prezident!

Sizi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizi qoruyub saxladı, ölkəyə barış və inkişaf gətirdi. Siz Heydər Əliyev siyasətinə yeni nəfəs gətirərək Azərbaycanda dünya əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail oldunuz. Bu gün Sizin apardığınız siyasət nəinki ölkəmizin, eyni zamanda, regionun inkişafı­na yönəldilmişdir. Enerji sahəsində həyata keçirdiyiniz və nəqliyyat sektorunda təklif etdiyiniz layihələr nəinki region, eyni zamanda, Avropa üçün önəm daşıyır.

Sizin bu günlərdə Brüsseldə keçirdiyiniz görüşlər ölkəmizin tarixində yeni bir mərhələ açdı. Siz dünyaya bir daha göstərdiniz ki, Azərbaycan sülhsevər ölkədir və onun ərazi bütövlüyü heç vaxt müzakirə predmeti ola bilməz.

Sizin Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi­niz siyasət ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Bu istiqamətdə apardığınız fəaliyyətdə Sizə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,

Asəf HACIYEV, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi

24 May 2022 21:50 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə