Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün ciddi addımlar atır

Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün növbəti ciddi addımlar atır.

Deputat qeyd edib ki, bu ba­xımdan mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü xüsusi əhəmiyyət daşıyır: “Bu görüşdə də növbəti dəfə Azərbaycanın prinsipial mövqeyi əks olundu. 5 saat çəkən görüşdə bir çox məsələlər müzakirə edildi. Görüşdə Azərbaycan üçün uğurlu nəticələrin əldə olduğu­nu da əminliklə deyə bilərik. Əldə olunmuş əsas nəticələrdən biri isə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması­dır. Bu istiqamətdə işlərin aparılması olduqca önəmlidir”.

Sevil Mikayılova vurğulayıb ki, görüş tam olaraq Azərbaycanın istədiyi formatda keçirilib: "Heç təsadüfi deyil ki, görüşdə “Dağlıq Qa­rabağ” ifadəsi işlədilməyib və status məsələsi, ümumiyyətlə, müzakirə olunmayıb. Azərbaycan ərazisində yaşayan erməni əhalinin hüquqları məsələsi müzakirə olunub. Bunu da Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib, açıq mövqe bildirib".

Deputat əlavə edib ki, Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan lider kimi qəbul olunur. Brüssel görüşü də bu ba­xımdan səciyyəvi oldu: “Şarl Mişelin açıqlamalarından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Görüşdə həmçinin qarşılıqlı eti­mad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulub. Bütövlükdə, Brüssel görüşü Prezident İlham Əliyevin dövlət və milli maraqla­rımızı qətiyyətlə qoruduğunu bir daha təsdiqlədi. Artıq yaxın zamanlarda dövlətlərarası sərhəddə komissiya­ların birinci birgə iclasının keçirilməsi məsələsi də görüşdə razılaşdırılıb”.

Zəngəzur dəhlizinin açılmasından bəhs edən S.Mikayılova qeyd edib ki, görüşdə bu məsələnin müzakirəsi də yer alıb: “Tərəflər Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılığa gəliblər. Bu, artıq Azərbaycan Prezi­denti İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin tezliklə reallaşa­cağının sübutudur”

25 May 2022 02:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə