Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin açılışı keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı Baş Konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə mayın 24-də Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, 28 May - Müstəqillik Günü ilə Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş konsert proqramını millət vəkilləri, rəsmi şəxslər, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri izləyiblər.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra çıxışlar olub. UNEC Yaradı­cılıq Mərkəzinin, eləcə də Türkiyədə fəaliyyət göstərən “Hazar” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin musiqi qrupu­nun ifaları dinlənilib.

Sabir ŞAHTAXTI

AZƏRTAC-ın xüsusi müxbiri

Əskişəhər

25 May 2022 02:29 -

Köhnə versiyamızdan xəbərləri izlə