Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Dövlət Yanğın Nəzarəti Xidməti silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, DYNX tərəfindən Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Yasamal rayonunda yerləşən Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, Nizami rayonun­dakı 7 saylı doğum evində, Qaradağ rayonundakı 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında, Pirallahı rayonun­da yerləşən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə, Səbail rayon T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə, habelə Sumqayıt şəhər Psixiat­riya xəstəxanasında, Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində, Masallı rayon Mərkəzi Kitabxanasında, Şəki şəhər 14 saylı Körpələr evi-uşaq bağçasında, “Aqroservis” ASC-nin Qobus­tan regional nümayəndəliyinin Kürdəmir rayon bölməsində, “Aqroservis” ASC-nin Göyçay və Ucar filiallarında yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

“Xalq qəzeti”

25 May 2022 02:18 -

Köhnə versiyamızdan xəbərləri izlə