Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İraqda güclü qum fırtınası

İraqa güclü qum fırtınası gəlib. Hökumət buna görə bütün idarə və təşkilatlarda işi dayandırıb. Əhalidən xahiş olunub ki, mümkünsə evdən çıxmasınlar. Bəzi regionlarda küləyin sürəti saatda 50 kilometrə çatır.

Təbii fəlakətə görə, aeroportlar və dəniz limanları işlərini müvəqqəti olaraq dayandırıblar. Fırtına bəzi fəsadlar törədib. Minlərcə iraqlı xəsarət alıb. Nəfəs almaq çətinləşib.

Ekspertlər bildiriblər ki, qum fırtınası­na səbəb iqlim dəyişmələridir. Artıq ap­rel ayından başlayaraq İraq və Küveytdə bir neçə dəfə qum fırtınası olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

25 May 2022 02:13 -

Köhnə versiyamızdan xəbərləri izlə