Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabiq prezidentin evində axtarış

Moldova Baş Prokurorluğu ölkənin sabiq Prezidenti İqor Dodonun evində axtarış aparıb. Bu barədə RİA “Novosti” agentliyi məlumat yayıb. Bildirilir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Marianna Kerpek bildirib.

Onun sözlərinə görə, axtarışı Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları həyata keçiriblər. Bildirilir ki, İ.Dodon iş adamı Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.

Məlumata görə, keçmiş deputat Yuri Renitse 2020-ci ildə o vaxt prezident olan İ.Dodonun Demokrat Partiyasının lideri, iş adamı Vladimir Plaxotnyuk və müavini Sergey Yaralovla görüşünün videoyazısını paylaşıb. Həmin videoda partiya sədrinin İ.Dodona zərf verdiyi görünür. Deputatın sözlərinə görə, zərfdə külli məbləğdə pul olub. Görüş 2019-cu ilin iyununda baş verib.

Qeyd edək ki, V.Plaxotnyuk keçmiş deputat və Moldovanın ən varlı adamalarındandır. 2017-ci ilin noyabrında Moskvanın Basmannı rayon məhkəməsi qətllə bağlı onun barəsində qiyabi həbs qərarı çıxarıb. O, çirkli pulların yuyulmasında və qanunsuz varlanmaqda, habelə milyardlarla dolları bank sistemindən çıxarmaqda ittiham olunur. V.Plaxotnyukun 2019-cu ilin iyununda ölkəni tərk etdiyi bildirilib. Kişinyov məhkəməsi onun qiyabi həbsi ilə bağlı bir neçə dəfə hökm çıxarıb.

“Interfax” isə yazır ki, keçmiş prezident İqor Dodon Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla 4 maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

25 May 2022 02:11 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə