Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçin Baş naziri Ərdoğanla apardığı müzakirələri müsbət qiymətləndirib

İsveçin Baş naziri Maqdalena Andersson deyib ki, ölkəsinin NATO-ya üzvlüyünə dair Türkiyə ilə danışıqları davam edəcək. Bu barədə İsveçin Baş naziri TT agentliyinə müsahibəsində bildirib.

“Yaxşı haldır ki, bizim dialoqumuz davam edir. Lakin dəqiqdir ki, bu, müəyyən zaman alacaq. Əvvəldən biz Türkiyədən İsveç və Finlandiyanın NATO-ya müraciətinə necə baxacaqlarına dair müsbət siqnallar almışdıq. İndi bizim dialoqumuz gedir, davam edəcək və nəticəni də səbirsizliklə gözləyirəm. Bu həftə sonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müsbət söhbətimiz oldu. Türkiyə, İsveç və Finlandiya ilə ikitərəfli və üçtərəfli danışıqlarımızı davam etdirəcəyik”, – Maqda­lena Andersson qeyd edib.

Baş nazir sonra vurğulayıb ki, bu görüşlərin yaxın gələcəkdə baş tutacağına ümid edir: “Şübhə yoxdur ki, İsveç terro­ra qəti şəkildə qarşıdır və İsveç PKK-nı terror təşkilatları siyahısına daxil edən ilk ölkələrdəndir”.

Xatırladaq ki, İsveç iki əsrə yaxın bitərəf xarici siyasət xətti yürüdüb. Bu il fevralın 24- də Rusiyanın Ukraynaya hücumundan sonra öz milli təhlükəsizliyinə görə narahat olaraq NATO-ya üzv olmaq niyyətinə düşüb. Rəsmi Ankara isə İsveç və Finlandiyanın alyansa üzvlüyünə müsbət yanaşmır.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

25 May 2022 02:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə