Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

730 mindən çox ağac əkilib

2022-ci ilin yaz əkin mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə fondu ərazilərində, ümumilikdə, 730 mindən çox müxtəlif cinsli ağac əkilib, 6400 kiloqram toxum səpilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

 

O, qeyd edib ki, eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara nazirliyin tinglik sahələrində yetişdirilən 60 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb.

“Yaz ağac əkini çərçivəsində keçirilən ağacəkmə tədbirləri ilk gündən ictimaiyyət tərəfindən geniş maraq və böyük coşqu ilə qar­şılanıb. Bu tədbirlərdə dövlət qurumları, özəl şirkətlər, media nümayəndələri, könüllülər, ictimaiyyət xüsusi fəallıq göstərib”.

S.Məmmədova yaz ağac əkininin uğurla həyata keçirilməsinə, yaşıllıqla­rın genişləndirilməsinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirib, payız ağacəkmə aksiyalarında da ictimaiyyətdən, tərəfdaşlardan və könüllülərdən eyni coşqu ilə dəstək gözlədiyini qeyd edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, yaz əkin mövsümündə əkilən ağaclar xüsusi diqqət və qulluq tələb edir.

“Buna görə də, vətəndaşlarımızdan paylanmış ağac tinglərinin bitiş faizinin yüksək olması və düzgün inki­şaf etməsi üçün onlara xüsusi qayğı ilə yanaşmalarını xahiş edirik”.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

25 May 2022 02:09 - EKOLOGİYA
EKOLOGİYA
1 İyul 2022 | 17:55
Sabaha olan hava PROQNOZU
30 İyun 2022 | 17:57
Sabahın HAVA PROQNOZU
29 İyun 2022 | 17:14
Sabahın HAVA PROQNOZU
28 İyun 2022 | 17:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə