Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Tələbə Krediti Fondunun əməkdaşlarının tələbələrlə görüşü

Azərbaycan Turizm və Menecment Universite­tinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi­nin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə ATMU-da maarifləndirmə tədbiri keçirilib. Öncə universitetin biznes idarəçiliyi fakültəsinin deka­nı Vüqar Nəzərov tədbirin moderatorlarını iştirakçılara təqdim edib. Sonra çıxışlar başlanıb.

Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov çıxışında fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri və s. məsələlərə aydınlıq gətirib. Fondun hüquqşünası Aysel Həsənova isə verilən kreditlərin 2 qrupda – yəni sosial həssas tələbələr və standart TTK alan tələbələr tərəfindən formalaşdığını bildirib. Tələbələrin aldıqları kreditləri ali təhsil müəssisəsini bitirdikdən sonra, 10 il ərzində hissə-hissə fonda qaytarmaq imkanına malik olduqlarını diqqətə çatdırıb.

ATMU tələbələrinin qatıldığı tədbirdə, ümumi çıxışlardan başqa, həmçinin fondun sədr müavini T.Xələfov, fondun hü­quqşünası A. Həsənova və İKT şöbəsinin əməkdaşı A.İsazadə təhsildə əlçatanlıq, bərabər imkanların yaradılması, keyfiyyətin yüksəldilməsi məqsədilə çox aşağı və sərfəli faizlərlə uzunmüddətli zəmanətsiz və girovsuz, müxtəlif növ kreditlərin verilməsini şərtləndirən maarifləndirici tədbirin universitet tələbələri üçün faydalı olacağına əminliklərini bildiriblər.

Tədbirin sonunda tələbələrin çoxsaylı sualları fondun əməkdaşları tərəfindən ətraflı cavablandırılıb və qonaqlarla xatirə şəkilləri çəkilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

25 May 2022 02:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə