Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Ən böyük akvarium

Dünyanın ən böyük akvariumu Birləşmiş Ştatların Corciya ştatında yerləşir. Akvariumda yüzlərlə növ balıq yaşayır. Onun su tutumunun həcmi 33 min tondur. Akvarium içindəki canlılarla birgə 290 milyon dollara başa gəlib.

Xəbəri CNBC verib.

Zukerberq məhkəməyə verilib

ABŞ-ın Kolumbi­ya paytaxt dairəsinin baş prokuroru Karl Rasin “Meta” kom­paniyasının rəhbəri Mark Zukerberqi istifadəçi məlumatlarını “Cambridge Analytica” şirkətinə ötürməsinə görə məhkəməyə verib. O, Zukerberqi milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarını yaymaqda, eləcə də məxfiliyin qorunması ilə bağlı qanunu pozmaqda ittiham edib. Rasin bildirib ki, korporativ liderlər, o cümlədən, şirkət rəhbərləri öz hərəkətlərinə görə cavab­dehlik daşımalıdır.

Məlumatı CNN yayıb.

İtaliya

Ukraynalı qaçqınların sayı artıb

İtaliyaya indiyədək 120 min 859 ukraynalı qaçqın gəlib. Bildirilir ki, onlardan 63 min 57-si qadın, 17 min 544-ü kişi və 40 min 258-i isə yetkinlik yaşına çatmayanlardır. Uk­rayna vətəndaşlarının 114 min 643-ü birbaşa sərhəddən, 6 min 216-sı isə dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya gəlib. Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində yerləşdirilib.

Məlumatı “Euronews” yayıb.

Keniya

“Oxfam”ın açıqlaması

Koronavirus pan­demiyası başlayandan bəri dünyada 573 yeni milyarder meydana gəlib. Bunu “Oxfam” xeyriyyə təşkilatı açıqlayıb. Bil­dirilib ki, onların sərvəti bu müddət ərzində, ümumilikdə, 3,78 trilyon dollar artaraq 12,7 trilyon dollar olub. Milyarderlərin varidatı dünya ÜDM-nin 13,9 faizini təşkil edir. Qeyd edilir ki, hazırda dünyada milyarderlərin ümumi sayı 2 min 668 nəfərə çatır.

Məlumatı BBC yayıb.

Almaniya

Yeni baş məşqçi

Dortmundun “Borussiya” klubuna yeni baş məşqçi təyin olunub. Bildirilir ki, Dortmund təmsilçisi Edin Terziçlə 2025- ci ilin yayınadək müqavilə imzalayıb. 39 yaşlı mütəxəssis bu vəzifədə Marko Ro­zeni əvəzləyib. O, bunadək “Borussiya”nın texniki direktoru vəzifəsində çalışıb.

Xəbəri “Sport.es” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

25 May 2022 02:05 -

Köhnə versiyamızdan xəbərləri izlə