Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniyadan olan iş adamları sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edilib

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayev, İspaniyanın “Factorenergia S.A.” şirkətinin baş icraçı direktoru Emili Rousaud Pareslə görüş keçirilib.

İZİA-dan bildirilib ki, görüşdə İspaniya şirkətlərinin sənaye zonalarında investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Agentliyin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, mövcud imkanlar, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarının iqtisadi, nəqliyyat-tranzit potensialı barədə məlumat verib, İspaniyadan olan iş adamlarını sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edib.

Qeyd edək ki, “Factorenergia S.A.” şirkəti 1999-cu ildə təsis edilib və İspaniyanın ilk müstəqil enerji satışı müəssisəsidir. Hazırda şirkət enerji xidmətlərinin göstərilməsi, günəş panellərinin və batareyalarının, təbii qaz və elektrik şarj cihazlarının istehsalı ilə məşğul olur.

24 May 2022 19:39 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 İyul 2022 | 15:54
Azərbaycan nefti bahalaşıb
2 İyul 2022 | 10:39
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə