Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin Brüssel səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global” telekanalları, “Hürriyet”, “Sabah” qəzetləri və sair aparıcı media qurumları səfərin mahiyyəti və Azərbaycanın bölgədə yaratmaq istədiyi sülh və sabitlik prosesindəki diplomatik səyləri barədə türkdilli ictimaiyyətə informasiyalar təqdim ediblər. İnformasiyalarda Prezident İlham Əliyevin səfəri, qarşılanma mərasimi və keçirdiyi görüşlər, eləcə də Şarl Mişelin bəyanatı əksini tapıb.

Qardaş ölkə mediası, həmçinin mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığına da geniş yer ayırıb.

Məlumatlarda diqqətə çatdırılıb ki, dövlətimizin başçısı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə həmkarına məlumat verib.

 

24 May 2022 12:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə