Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirilir

Mayın 24-də Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirir.

  DİM-dən verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edəcək.

Test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 ünvanında yerləşən binasında keçirilir.

İmtahanı DİM-in saytında canlı izləmək olar.

Namizədlərin sənəd qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 70 nəfər qeydiyyatdan keçib.

24 May 2022 12:18 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə