Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyat iyunun 1-dən başlanır

Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı iyunun 1-dən 3-dək aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qabiliyyət imtahanları iyunun 8-dən 17-dək keçiriləcək.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

24 May 2022 11:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə