Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

​​Avtoxuliqanlıqla bağlı sosial şəbəkədə video paylaşan hərbçiyə cinayət işi açılıb

Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı açıqlama yayıb.

MN-dən verilən məlumata görə, N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib. Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib. Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib.

24 May 2022 11:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə