Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Din xadimlərinin təyinatı ilə bağlı Attestasiya Komissiyasına üzvlər təyin olunub

İbadət və ziyarətgah yerlərinə din xadimlərinin təyin edilməsi ilə bağlı Attestasiya Komissiyasının üzvləri təyin olunub.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat konfransında məlumat verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Attestasiya Komissiyasının sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə Katib təyin olunub.

QMİ sədrinin birinci müavini, müfti Salman Musayev, QMİ sədrinin müavini Fuad Nurullayev, QMİ sədrinin müavini Qəmər Cavadlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov və Azərbaycan İlahiyyat İnstitutunun İslamşünasliq kafedrasının müdiri Əhməd Niyazov komissiyanın üzvləri təyin olunublar.

Eyni zamanda, Müsahibə Komissiyasının üzvləri də təyin olunub. Müsahibə Komissiyasına da sədr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov təyin olunub.

24 May 2022 11:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə