Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Basketbolçularımız Qaxda Avropa çempionatına hazırlaşırlar

On səkkiz yaşadək oğlan basketbolçulardan ibarət yığma komandamız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, millimiz baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.

Təlim-məşq toplanışının əsas məqsədi iyulun 24-31-də San-Marinoda keçiriləcək U-18 Avropa çempionatının C divizionu çərçivəsində baş tutacaq oyunlara hazırlıqdır.

Toplanışa mayın 29-da yekun vurulacaq.

24 May 2022 11:19 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə