Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin Brüsselə səfəri ərəb KİV-in diqqət mərkəzində olub

Ərəb ölkələrinin nüfuzlu telekanalları və qəzetləri Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər haqqında reportaj və xəbərlər yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Qətərin “Əl Cəzirə”, habelə “Əl Ərəbiyə” telekanalları, Səudiyyə Ərəbistanının “Əl Riyad”, “Məkkə, Misirin “Əl Əhram” və ”Şuruq” qəzetlərində Brüsseldə aparılan danışıqlar və Şarl Mişelin mərbuat konfransı barədə geniş məlumat verilib. Reportaj və xəbərlərdə diqqətə çatdırılıb ki, Brüsseldə Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə doğru daha bir mühüm addım atılıb, sərhədlərin delimitasiyası üzrə komissiyaların yaradılması, kommunikasiyaları açılması barədə razılıq əldə olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

24 May 2022 10:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə