Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır

Regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanla Qaza­xıstan arasında diplo­matik münasibətlərin qurulmasının 30 illiyi və Azərbaycan–Qazaxıstan Ekspert Şurasının yara­dılması ilə bağlı dəyirmi masa zamanı bildirib ki, Azərbaycanla Qazaxıstanın gündəliyində çoxlu yeni məsələlər dayanır: “Çindən Avropaya yol olan Orta Dəhliz kimi təşəbbüslərdən biri mövcud gündəlikdə böyük rol oynayır. Xüsusilə region­dakı geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır".

Fərid Şəfiyev qeyd edib ki, artıq gömrük prosedurlarının sadələşdirilməsi barədə sazişlər mövcuddur və gələcək inkişaf üçün potensial var.

“Xalq qəzeti”

23 May 2022 23:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə