Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 203 Bakı şəhəri, 20 may 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Hüquqi şəxslərin dövlət reyest­rinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 413-VIQD nömrəli Qanu­nunun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haq­qında” Azərbaycan Respublikası Prezidenti­nin 2021-ci il 29 dekabr tarixli 1535 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə 748, № 9, maddələr 1121, 1122; 2015, № 2, maddə 212; 2016, № 9, maddə 1581; 2017, № 6, maddə 1230, № 10, maddə 1879; 2018, № 7 (II kitab), maddə 1663; 2019, № 4, maddə 764, № 6, maddə 1161, № 12, maddə 2078; Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2022-ci il 16 fevral tarixli 45 nömrəli və 26 fevral tarixli 64 nömrəli qərarları) ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyest­rinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:

“6.1-1. “Hüquqi şəxslərin dövlət qeydiy­yatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-1-ci maddə-sinə uyğun olaraq kommersiya qurumları və publik hüquqi şəxslər Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların son­rakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir.”.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə