Ən son xəbərlər
ABŞ Prezidenti Co Bayden Hind-Sakit okean regionunda yeni regional iqtisadi təşəbbüsün – Hind-Sakit okean iqtisadi strukturunun (IPEF) işə salındığını elan edib.
ABŞ prezidenti Yaponiyaya səfəri zamanı baş nazir Fumio Kisida ilə birgə mətbuat konfransında qeyd edib ki, IPEF (Indo-Pacific Economic Framework) təşəbbüsünə ilkin mərhələdə ABŞ və Yaponiya ilə yanaşı, Avstraliya, Bruney, Hindistan, İndoneziya, Cənubi Koreya, Malayziya, Yeni Zelandiya, Filippin, Sinqapur, Tailand və Vyetnam daxil olacaq.
Prezident Co Bayden deyib: "Hind-Sakit okean regionunun payına dünya əhalisinin yarısı və dünya iqtisadiyyatının 60 faizi düşür. XXI əsr iqtisadiyyatının gələcəyi bu regionda yazılacaq".
ABŞ prezidenti qeyd edib ki, bu təşəbbüsün əsas məqsədi bizim tərəfdaşlarımızla birlikdə XXI əsrdə Hind-Sakit okean regionunda rəqabətqabiliyyətliliyi təmin etməkdir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə